Cəmiyyət

Britaniya səfiri Azərbaycan xalqını təbrik etdi – VİDEO

Sharing is caring!

Böyük Britaniya səfiri Fergus Auld Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Bu barədə səfir “Twitter” hesabında paylaşım edib.

“Bu il möhtəşəm bir il oldu. 2023-cü ildə qarşımızda daha böyük hədəflər dayanır və onlara birgə nail olacağımıza inanıram. Necə deyərlər, el bir olsa, dağ oynadar yerindən. Bütün Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm!”, – paylaşımda deyilir.

Səfir videomüraciətində 2022-ci ilin Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlər baxımından əlamətdar il olduğunu, bu il ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini nəzərə çatdırıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir