Cəmiyyət

Deputat: “Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq”

Sharing is caring!

“Bir neçə gün bundan əvvəl – dekabrın 24-də Azərbaycan və dünya ictimaiyyəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti qətiyyətli, gələcəyə hədəflənmiş tarixi addımının şahidi oldu. 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurda tarixi ədaləti bərpa edən Azərbaycan bu ədaləti Qarabağ münaqişəsinin təsir zonasına daxil olan Qərbi Azərbaycan ərazisində də bərpa etmək əzmini açıq şəkildə bəyan etdi. Biz, Qərbi Azərbaycan İcması olaraq, İcmamıza verdiyi dəstəyə və tarixi torpaqlarımız uğrunda mübarizəmizə yaratdığı hərtərəfli şəraitə görə möhtərəm Prezidentimizə bir daha dərin təşəkkürümüzü bildiririk”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Əziz Ələkbərli deyib.

O bildirib ki, Qərbi Azərbaycan İcmasının məqsədi azərbaycanlılara qarşı müxtəlif cinayətləri törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in indiki varisi olan Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olmaqdan ibarətdir.

“Əsas hədəfimiz qaçqınlarımızın öz dədə-baba ocaqlarına qayıtmaq hüququnun təmin olunmasıdır. İnanıram ki, 44 günlük müharibədə nümayiş etdirdiyimiz milli həmrəyliyi tarixi torpaqlarımız uğrunda mübarizədə də nümayiş etdirəcək və yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir