Cəmiyyət

Bakıda çoxmərtəbəli yaşayış binası yanır

Sharing is caring!

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən biri yanır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, Nazirliyin 112 qaynar xəttinə Nəsimi rayonu Cavad xan küçəsində, çoxmərtəbəli yaşayış binasında mənzildə yanğının başlaması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in yanğından mühafizə və xüsusi riskli xilasetmə xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir