Cəmiyyət

Bakıda 27 yaşlı gənc bıçaqlandı

Sharing is caring!

Bakının Suraxanı rayonunda 27 yaşlı gənc bıçaqlanıb.

“Report” xəbər verir ki, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Rəhmanov Elşən Baxış oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir