Cəmiyyət

Xaçmaz sakini özündən 10 yaş böyük sevgilisinin başına oyun açdı

Sharing is caring!

Xaçmazda quldurluq hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 36 yaşlı Nurəstə Əlimuradova polisə müraciət edərək qeyri-rəsmi nikah münasibətlərində olduğu 26 yaşlı Hikmət Yasinov tərəfindən döyüldüyünü bildirib.

N.Əlimuradova şikayətində həmçinin qeyd edib ki, sevgilisi onu döydükdən sonra külli miqdarda pulunu və mobil telefonlarını götürüb.

Daxil olan şikayət əsasında Xaçmaz Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir