Cəmiyyət

Həkim: “Bayramdan sonra illərdir görmədiyimiz pasientlərdən zənglər qəbul edirik”

Sharing is caring!

“Yüksək təzyiq və mədə xəstəliyindən əziyyət çəkənlər zülallı qidalara üstünlük verməlidirlər”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, həkim-qastroenteroloq Emin Məmmədovdur. 

E.Məmmədov qeyd edib ki, zeytun, qarğıdalı yağlarından istifadə etmələri məsləhət görülür:

“Proteinli qidalara üstünlük verməlidirlər. Şəkərli diabetlərdə yüksək təzyiq olur. Ona görə yağlılığa önəm verməlidirlər.

Bayramdan sonra illərdir görmədiyimiz pasientlərimizdən zənglər qəbul edirik. Bayramda xəstəlikləri kəskinləşdirməməliyik. Xəstəliyi kəskinləşdirməklə yanaşı, yeni xəstəliklər üzə çıxarırlar”.

Həkim əlavə edib ki, illər ərzində yatan xəstəlikləri oyatmağa çalışmayın:

“Yağlı qida yeyən zaman öd kisəsində olan daş aktivləşir. Qida ilə yanaşı, alkoqol içkilər də bunu aktivləşdirir. Tövsiyə edərdim ki, meyvə və tərəvəzlərə üstünlük versinlər”

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir