Respublika Klinik Xəstəxanasına direktor təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin” (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmr imzalayıb.
Elviz Qasımov təyinatından əvvəl Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov yeni direktoru bu gün kollektivə təqdim edib.
Qeyd edək ki, Elviz Qasımov 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.
Xeberal.az