Cəmiyyət

Bakıda 30 yaşlı qadın fotoları ilə şantaj edildi

Sharing is caring!

Bakıda şantaj edildiyini bildirən qadın polisə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Xırdalan şəhər sakini, 1992-ci il təvəllüdlü A.Eyniyeva DİN-in “102” xidmətinə zəng edərək Nahid adlı şəxsin onun sosial şəbəkə səhifəsindən fotolarını ələ keçirdiyini bildirib.

Şikayətçi həmin şəxsin görüntüləri yayacağı hədəsi ilə ondan kartına 100 manat ödəməsini bildirdiyini və məcburiyyət qarşısında həmin vəsaiti yüklədiyini əlavə edib.

Müraciətlə bağlı Yasamal RPİ-nin 28-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir