Cəmiyyət

13 yaşlı qızın ərə verilməsinə polisdən REAKSİYA – YENİLƏNİB

Sharing is caring!

Tovuz rayonunda azyaşlı qızın ərə verilməsiylə bağlı araşdırma başladılıb.

Bu barədə Oxu.Az-a Tovuz rayon Polis Şöbəsindən məlumat verilib.

Bildirilib ki, hər iki tərəfin valideynləri rayon polis şöbəsinə dəvət olunub:

“Onlara bildirilib ki, qanunla müəyyən edilmiş yaş həddinə çatmayan şəxslərin evləndirilməsi cinayət məsuliyyəti yaradır və həmin şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Onlarla profilaktik söhbət davam etdirilib, hər iki tərəf nişan mərasimi keçirdiklərini və qızın yaşı qanunla müəyyən olunmuş həddə çatandan sonra toy edəcəklərini bildiriblər. Faktla bağlı zəruri araşdırmalar davam etdirilir”.

Sayad Həsənli

18:12

Tovuz rayonunun Alakol kəndində 13 yaşlı qız üçün təmtəraqlı nişan məclisinin təşkil edildiyi iddia olunur.

Oxu.Az xəbər verir ki, bu barədə “Facebook”da məlumat yayılıb. Bildirilib ki, bayramadək qıza toy etmək planlaşdırılır. Qızın 14 yaşının apreldə tamam olacağı da qeyd olunub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Tovuz regional qrupu, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıqda məsələnin araşdırıldığı diqqətə çatdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir