Cəmiyyət

Anar Bayramov: “14 063 şəxsə orqanizmin funksiyalarının pozulması faizinə əsasən əlillik təyin edilib”

Sharing is caring!

“Yeni meyarların tətbiqindən sonra 52 min müraciət daxil olub, onlardan 14063 şəxsə orqanizmin funksiyalarının pozulması faizinə əsasən əlillik təyin edilib”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2022-ci ildə görülən işlərə dair mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov deyib.

O bildirib ki, 14 min şəxsin əlillik dərəcəsi təsdiqlənib:

“Digər şəxslər barədə ya imtina, ya da sənədlərin natamam doldurulması ilə bağlı müvafiq cavablar verilib. Əgər vətəndaş yekun nəticədən narazı olarsa, aidiyyəti üzrə müraciət edir və o müraciət araşdırılır. Bəzən xəstəni görmədən qeydlər edilir. Bu kimi anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə o dəvət olunur, aidiyyəti üzrə əlillik dərəcəsini müəyyən edən ekspert və mütəxəssislər baxış keçirirlər. Bu zaman artıq yekun qərardan kimsə narazı qala bilməz”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir