Cəmiyyət

Küçəyə atılan üç aylıq körpəyə hələ də sahib çıxan yoxdur

Sharing is caring!

Küçəyə atılan üç aylıq körpəyə hələ də sahib çıxan yoxdur. 

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovaya məlumat verib.

Xatırladaq ki, dekabrın 19-u küçəyə atılan körpənin görüntüləri sosial şəbəkələrdə paylaşılmışdı. Paylaşımlardan sonra körpə polis əməkdaşları tərəfindən tapılıb. Üç aylıq oğlan uşağı sığınacağa yerləşdirilib.    

Məsələ ilə bağlı Mehriban Zeynalova bildirib ki, körpənin anası tapılsa da, psixoloji durumu yerində deyil:

“Ananı da sığınacağa qəbul etdik. Lakin ananın psixoloji durumunda problem olduğunu düşünürük. Bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik. Üç aylıq körpəyə sığınacaqda qalan digər xanımlar nəzarət edirlər”.

Qeyd edək ki, ana övladının atası tərəfindən küçəyə atıldığını bildirib.

Onun sözlərinə görə, körpənin atası hərdən uşağı görmək üçün onun yanına gəlirdi:

“Uşağı qırağa atırdı. Uşağa baxmamağımı istəyirdi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir