Cəmiyyət

Qəbələdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

Sharing is caring!

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, bu gün gecə saatlarında rayonun Laza kəndi ərazisində Mehran Həsənovun idarə etdiyi QAZ-3110 markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir