Cəmiyyət

Ot tayasında yanan Nuranın anası: “İki gündür yemək almağa belə pulumuz yoxdur” – FOTO

Sharing is caring!

8 yaşlı Babayev Nuranın sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Elnurə Babayeva məlumat verib.

O bildirib ki, oğlu 3 il əvvəl 5 yaşı olarkən yanıb.

“Biz Masallıda yaşayırıq. Nuran həyətdə ot tayasını yandıranda yanan tayanın içinə düşmüşdü. Ayağında rezin başmaq olub. Rezin əriyib ayaqları tam yanıb. Bu müddət ərzində 3 dəfə əməliyyat olub. Bir neçə həftə öncə isə bir ayağının bütün barmaqları amputasiya olunub. İndi isə digər ayağının barmaqları amputasiya olunmalıdır. Nuran yandığı gündən bura yeriyə bilmir, ayağını yerə basa bilmir, iməkləyir. Onun belə vəziyyəti məni çox incidir. İmkanımız yoxdur. Xəstəxanaya gələndə cibimdə 3 manat pulum var idi. İnanın ki, artıq yemək almağa belə pulumuz yoxdur. İmkanlı şəxslərdən mənim balama kömək olmaqlarını xahiş edirəm”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta Nuran Babayevin müalicəsini qarşılayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir