Cəmiyyət

Yeni ilə hazırlaşan bulvar: Çılçıraqlı xizəkli maral, retro maşın, oyuncaqlar – FOTO

Sharing is caring!

Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dənizkənarı Milli Parkda yeni il şənlikləri ilə bağlı hazırlıq işləri yekunlaşdırılır.

Bu barədə Oxu.Az-a İdarənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bulvar ərazisindəki ağaclar və işıq dirəkləri çilçıraqlarla yeni il abu-havasında bəzədilir, yeni ilin rəmzlərindən ibarət rəngarəng kompozisiyalar (bəzəklər, müxtəlif oyuncaqlar) qurulur. 

Bundan əlavə, sabahdan uşaqların istirahətini yüksək səviyyədə təmin etmək məqsədilə Milli Parkın “Köhnə bulvar” ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunacaq. 

Bu məqsədlə Dövlət Kukla Teatrının arxasındakı ərazi tam yeni il abu-havasında bəzədilir, burada yeni illə bağlı çılçıraqlı xizəkli maral, retro maşın, oyuncaqlar, hava ilə doldurulmuş oyuncaqlar və s. maraqlı kompozisiyalar hazırlanır.

Bundan əlavə, Şaxta baba və Qar qız, nağıl və cizgi film qəhrəmanlarının obrazlarında animatorlar (Harri Potter, Malefisenta, “Ələddindən” Cəfər, Qrinç, Çəkməli pişik, Cek Sərçə, Panda, Sonik, “Alisa möcüzələr ölkəsindən” Dəli Dovşan, “Su pərisindən” Ursula) və eyni zamanda, transformerlər (robotlar) uşaqları şənləndirərək böyük sevincə səbəb olacaq.

Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunacaq yeni il şənliyi 8 yanvar 2023-cü il tarixinə kimi davam edəcək.

Daha çox foto burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir