Cəmiyyət

Kamran Əliyev köməkçisinə yüksək vəzifə verdi

Sharing is caring!

Baş Prokurorluqda yeni təyinat olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, həmin idarənin rəisi olmuş Ramil Məcidov bir neçə gün əvvəl işdən çıxarılıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir