Cəmiyyət

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xidmətlər zərfinə 221 tibbi xidmət daxil edilib

Sharing is caring!

“Xüsusi qayğıya ehtiyacı olan vaxtından əvvəl doğulmuş uşaqların sağlamlıqlarının qorunmasını təmin etmək məqsədilə Xidmətlər Zərfinə 221 tibbi xidmət daxil edilib”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirov I Milli Pediatriya Konqresində deyib.

Direktor müavini bildirib ki, növbəti illərdə xidmətlərin sayının daha da artırılması nəzərdə tutulur:

“Müəssisələrimiz vaxtından əvvəl doğulmuş uşaqların inkişafında mühüm rol oynayan 15 adda dərman preparatı, həmçinin, körpələrin müayinə və müalicəsində istifadə olunan 63 adda tibbi ləvazimatlarla təchiz olunurlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir