Cəmiyyət

85 yaşlı kişini vurub qaçan sürücü tutuldu

Sharing is caring!

Dekabrın 13-də Bakıda küçədə yaralı halda tapılan şəxs xəstəxanada ölüb. Hadisə Binəqədi rayonunda, Süleyman Sani Axundov küçəsində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1937-ci il təvəllüdlü Bakı sakini Cəbrayıl Qarayevin yıxılaraq kəllə-beyin travması alması və dekabrın 19-da xəstəxanada ölməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat daxil olub.

İdarə əməkdaşları tərəfindən keçirilən araşdırma zamanı məlum olub ki, C.Qarayev dekabrın 13-də qeyd edilən küçədə Ələddin Bağırovun idarə etdiyi JAC markalı avtomobillə vurulub.

Polis əməkdaşları tərəfindən Ə.Bağırovun yeri müəyyən edilərək saxlanılıb. Sonuncu istintaqa təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir