Cəmiyyət

5 yaşlı qız böyrək çatışmazlığından əziyyət çəkir: Ana imdad diləyir – FOTO

Sharing is caring!

2017-ci il təvəllüdlü Ağakişiyeva Zeynəb Təyyar qızı böyrək çatışmazlığından əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Cəfərzadə Nüşabə məlumat verib.

O qeyd edib ki, 5 yaşlı övladı təcili əməliyyat edilməlidir:

“İki qızım var. Böyük qızım serebral iflicdən əziyyət çəkir, Zeynəb isə böyrək çatışmazlığından. Zeynəbin donoru əmisi olacaq və əməliyyat İranda baş tutacaq. Əməliyyatın icrası üçün 15 min dollar tələb olunur. 10 min dolları toplasaq da, 5 min dollar əskiyimiz qalıb. Bu məbləği tamamlamaq üçün imkanımız yoxdur. Özüm məktəbdə xadimə işləyirəm, yoldaşım isə fəhlə. İmkanı olan şəxslərdən övladımın sağala bilməsi üçün yardım istəyirəm”.

Ailə ilə əlaqə nömrəsi: 055-275-10-82

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir