Cəmiyyət

COVID-19-dan ölənlərin sayı 10 mini keçdi – FOTO

Sharing is caring!

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 81 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 825 737nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 141 nəfər müalicə olunaraq sağalıb, 10 002 nəfər vəfat edib, aktiv xəstə sayı 594 nəfərdir.

Ölkədə son sutka ərzində 2 100, hazırkı dövrədək isə 7 415 031 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir