Cəmiyyət

Bakıda sakinlərlə razılaşma əldə olunmadığına görə ərazinin hasarlanması dayandırıldı

Sharing is caring!

Bakının Nizami rayonunda söküntüsü nəzərdə tutulan ərazinin hasarlanma işləri sakinlərlə razılaşma əldə olunmadığına görə dayandırılıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi bildirib.

Onun sözlərinə görə, ərazidə söküntü işləri ümumiyyətlə aparılmayıb:

“Məlumat yayılan kimi dərhal əraziyə baxış keçirilib. Məlum olub ki, Nizami rayonu, K.Balakişiyev küçəsi 6 ünvanında yataqxana binasının, A.Manafov küçəsi 8, M.S.Ordubadi küçəsi 1 və 3 ünvanlarında qəzalı və istismar müddəti bitmiş yaşayış binalarının sökülməsi və çoxmərtəbəli binaların tikintisi nəzərdə tutulub.

Sakinlərin müraciəti əsasında həmin ünvanda tikintidən öncə hasarlanma işlərinə cəhdin qarşısı alınıb. Razılıq olmasa, heç bir proses aparıla bilməz. Razılaşmadan sonra köçürülmə prosesi aparıla bilər. Sözügedən ünvanlarda yaşayan sakinlərin hüquqi şəkildə razılıqları alındıqdan və buna dair müqavilələr imzalandıqdan sonra işlərin başlanması nəzərdə tutulur”.

Şirkət tərəfindən Oxu.Az-a verilən məlumata görə, tikintisi nəzərdə tutulan binaların bütün hüquqverici və icazə sənədləri tam qaydasındadır.

Xatırladaq ki, bir neçə gün öncə Azər Manafov 8 küçəsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Bildirilirdi ki, üç binanın yerləşdiyi məhəlləyə altı-yeddi ay əvvəl kran qurğusu yerləşdirilib, məhəlləyə giriş-çıxış məhdudlaşıb.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir