Cəmiyyət

Şəkidə yol kənarında meyit tapıldı

Sharing is caring!

Şəki rayonunda yol kənarında meyit tapılıb.

APA-nın məlumatına görə, bu gün səhər saatlarında rayonun Qoxmuq kəndində yol kənarında üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs 64 yaşlı Qoxmuq kənd sakini Ürfət Qasımovdur.

Ölümün dəqiq səbəbini müəyyən etmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir