Cəmiyyət

İki evdə qəsdən yanğın törədən şəxs müəyyən edildi

Sharing is caring!

Beyləqanda qəsdən yanğın törədən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, 2021-ci il avqustun 17-də saat 3 radələrində Beyləqan rayonunun Xocavənd qəsəbəsində yaşayan M.Qarayevin evinin həyətində yanğın baş verib və yanğın qonşusu V.Məmmədovun evinin yardımçı təsərrüfatına keçib.

Nəticədə M.Qarayevə məxsus 3500 ot bağlaması, V.Məmmədova məxsus yardımçı təsərrüfat və orada yığılan 3,5 ton yem yanıb, ev quşları isə tələf olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlin Xocavənd rayon sakini V.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Onun tutularaq istintaqa cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir