Cəmiyyət

Həkim-metodist: “Qıcolmalar təhlükəlidir və nadir hallarda uşaq ana bətnində sağ qalır”

Sharing is caring!

“Hamiləlik zamanı, doğuş zamanı bir çox problemlər yarana bilər. Bizdə cavan qızlarda qanazlığı problemi var”.

Oxu.Az xəbər verir ki, bu fikirləri bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımda nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və Təhlil Şöbəsinin həkim-metodisti Afət Məmmədova erkən nikah və onun reproduktiv sağlamlığa təsiri barəsində sualları cavablandırarkən deyib.

O bildirib ki, bu, düzgün olmayan qidalanma ilə bağlıdır:

“Bu vəziyyət hamiləlik vaxtı daha da artır, çünki qan durulaşır. Anemiya olduğunda, təbii ki, uşağın inkişafına da təsir edir. Bunun səbəbi bilinmir, lakin 18 yaşına qədər ərə gedən qızlarda hipertoniya – qan təzyiqinin yüksəlməsi – yarana bilir.  Hamiləlik zamanı böyrəklərin funksiyası pozulur və sidik vasitəsilə zülal itirilir. Qadında ödəmlər əmələ gələ də, gəlməyə də bilər. Bu həm ana, həm də uşaq üçün çox xoşagəlməz vəziyyətdir.

Doğuş zamanı da bu vəziyyət qan təzyiqi yüksəkliyindən qıcolmalara səbəb ola bilər. Həyati-vacib orqanlara, beyinə, ağciyər, böyrəklərə qansızma verə bilər. Bu qıcolmalar təhlükəlidir və nadir hallarda ana bətnində uşaq sağ qalır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir