Cəmiyyət

Afət Məmmədova: “Doğuşdan növbəti hamiləliyə qədər mütləq iki il fasilə olmalıdır”

Sharing is caring!

“ÜST-nin tövsiyələrinə əsasən uşaq dünyaya gətirmək üçün ən uyğun yaş 18-35-dir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımda nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və Təhlil Şöbəsinin həkim-metodisti Afət Məmmədova erkən nikah və onun reproduktiv sağlamlığa təsiri barəsində sualları cavablandırarkən deyib.

O bildirib ki, bununla bağlı ÜST-nin digər tövsiyələri də var:

“Doğuşdan növbəti hamiləliyə qədər mütləq iki il fasilə olmalıdır. Bu onunla bağlıdır ki, ana hamiləlik zamanı bədənindəki lazımlı elementləri dölə verir. Bu səbəbdən fasilə olmalıdır”.

A.Məmmədovanın sözlərinə görə, 18 yaşadək olan anaların ölüm hallarına əksər hallarda erkən doğuş səbəb olur.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir