Cəmiyyət

Şuşada TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumu keçirilir – FOTO

Sharing is caring!

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumu keçirilir.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerzhan Mukaş, Macarıstanın Milli Siyasət üzrə Dövlət katibi Arpad Yanos Potapi, Qırğız Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliev, Qazaxıstan Respublikasının “Otandastar” Fondunun beynəlxalq şöbəsinin müdiri Kalıbek Koblandin və Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi Katibliyinin rəisi Kemal Köprülü iştirak edirlər.

Forumun sonunda Şuşa bəyanatı qəbul ediləcək.

Xatırladaq ki, forumun ilk hissəsi dekabrın 20-də Bakıda keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir