Cəmiyyət

Bayram günlərində Bakı-Gəncə-Bakı qatarlarından istifadə edəcək şəxslərin NƏZƏRİNƏ

Sharing is caring!

Qarşıdan gələn Yeni il bayramı günlərində Bakı-Gəncə-Bakı qatarlarının sayı artırılacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. 

Məlumata görə, həmin günlərdə qurumun bütün strukturları gücləndirilmiş iş rejimində çalışacaq. Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq xəttə əlavə qatarlar buraxılacaq.

Qatarlar Bakıdan dekabrın 30-da saat 19:00-da, dekabrın 31-də saat 09:00-da, yanvarın 3-də saat 19:00-da, Gəncədən isə dekabrın 31-də saat 09:00-da və saat 14:30-da, yanvarın 4-də isə saat 09:00-da yola düşəcək.

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Qrafik üzrə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.

Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində qeyri-iş günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir