Cəmiyyət

Gənclər fondu təhsil xərcinin qarşılanması müsabiqəsinin nəticələrini elan edib

Sharing is caring!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün əlçatanlığının təmin edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilən gənclərin təhsil xərcinin qarşılanması üzrə həyata keçirilən növbəti müsabiqənin nəticələri açıqlanır.

Sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərcinin qarşılanması məqsədi ilə cari ilin 3 oktyabr – 13 noyabr tarixlərində elan edilən müsabiqəyə 28 dövlət təhsil müəssisəsi, 7 filial və 15 orta-ixtisas təhsil müəssisəsindən ümumilikdə 872 müraciət daxil olub. Müraciətçilərin 772-si əyani, 100-ü isə qiyabi təhsil üzrə müraciəti qeydə alınıb. Onlardan 91 tələbə magistr, 729 tələbə bakalavr, 52 tələbə isə orta-ixtisas təhsili üzrə müraciət edib.

Ərizə qəbulu prosesində daxil olan müraciətlərin texniki ekspertizası və müraciətçinin davamiyyəti, akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdiyi nailiyyətləri, sosial həssaslıq dərəcəsi, ictimai fəallığına dair ümumi qiymətləndirilməsi Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə aparılmış və qeyd olunan qurumlardan alınan rəylərə əsasən qaliblər müəyyən edilib.

Gənclərin 2021-2022 və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması məqsədi daşıyan müsabiqənin nəticələrinə əsasən 431 tələbənin təhsil xərcinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanmasına qərar verilmişdir.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən 2018, 2019 və 2020-ci illərdə təşkil edilmiş müsabiqələrdə ümumilikdə qalib olmuş 1190 tələbənin təhsil xərcləri ötən müddət ərzində tam qarşılanıb.

Nəticələrlə tanış olmaq üçün bura daxil olun.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir