Cəmiyyət

TƏBİB bu il əhaliyə göstərilən xidmətlərin sayını açıqladı

Sharing is caring!

Cari ilin 11 ayı ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 40 277 004 xidmət göstərilib.

Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in Tibbi statistika və analitika şöbəsinin müdiri Kamran Qasımov “TƏBİB – Tibdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, onun 33 888 773-ü ambulator, 6 388 231-i isə stasionar tibbi xidmətin payına düşüb:

“Həkimə gəlişlərin sayı 7 214 551 təşkil edib. Tabeli tibb müəssisələrində 11 ayda 292 320 əməliyyat icra olunub. Laborator xidmətlərin sayı 8 522 701 olub. Cari il ərzində TƏBİB-in tibb müəssisələrinə 12 440 tibb işçisi işə qəbul olunub”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir