Cəmiyyət

İqtisad Universitetinin Zaqatala filialından beş tələbə qovulub, 87-sinin taleyi öz əlində

Sharing is caring!

Azərbaycan İqtisad Universitetinin (UNEC) Zaqatala filialında tələbələrin qanunsuz hərəkəti aşkar edilib.

Bu barədə sosial şəbəkələrdə xəbər yayılıb.

Məlumata görə, UNEC-in Zaqatala filialında ötən tədris ilinin yaz semestrində bəzi tələbələr elektron imtahan sisteminə müdaxilə edərək, qrup yoldaşlarının əvəzinə kənardan imtahan verdikləri üçün 87 nəticə ləğv edilib.

Qaydaları pozan beş tələbə universitetdən xaric edilib.

Nəticələri ləğv edilən tələbələrə ödənişsiz formada dekabr-yanvar aylarında müvafiq fənlər üzrə yenidən imtahan təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir