Cəmiyyət

Bakıda iki avtomobil toqquşdu: Xəsarət alan var – FOTO

Sharing is caring!

Yasamal rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Tbilisi prospektində Bakıxanov körpüsünün altında qeydə alınıb.

Belə ki, “Toyota Prius” və “Hyundai” markalı minik avtomobilləri toqquşub. Zərbənin gücündən “Prius” körpünün sütununa dəyərək dayanıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Sıradan çıxmış minik maşınları ərazidən götürülüb.

Qəza nəticəsində “Toyota Prius” markalı avtomobilin sürücüsü xəsarət alıb. O, təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir