Cəmiyyət

Bakının “Baksol yolu”nun əsaslı təmiri yekunlaşdı – FOTO/VİDEO

Sharing is caring!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki “Baksol yolu” adlanan avtomobil yolunun əsaslı təmirini yekunlaşdırıb.

Bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, 3,2 kilometr uzunluğa malik sözügedən yolda aparılmış təmir işləri çərçivəsində yolboyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri aparılıb, yeni səki daşları düzülüb və köhnə asfalt örtüyü frezlənib, yeni asfalt-beton örtüyü döşənib, piyada səkiləri inşa edilib. Bundan başqa, yol cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,1 kilometr, ötən il isə 15,4 kilometr olan küçə və yol təmir edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir