Cəmiyyət

Bakıda 24 yaşlı gənc bıçaqlandı

Sharing is caring!

Bakının Xəzər rayonunda 24 yaşlı gənc oğlan bıçaqlanıb.

“Report”un məlumatına görə, rayonun Şüvəlan qəsəbəsində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarın boşluğunun bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir