Cəmiyyət

MN azad edilmiş ərazilərdə minalardan təmizlədiyi ərazinin sahəsini açıqladı – VİDEO

Sharing is caring!

Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində cari il ərzində 15 620 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 29 113 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 185 ədəd piyada əleyhinə, 2 580 ədəd tank əleyhinə mina və 10 445 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Əsas səylərin azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldildiyi minatəmizlənmə işlərində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan qardaş Türkiyədən alınmış MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib.

Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir