Cəmiyyət

Gəncədə bank əməkdaşı futbol oynayarkən vəfat edib

Sharing is caring!

Gəncə şəhərində bank əməkdaşı futbol oynayan zaman vəfat edib.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1983-cü il təvəllüdlü Elçin Əhmədov meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.

Daha sonra ona ilkin tibbi yardım göstərilib. Lakin buna baxmayaraq, E.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, E.Əhmədov “Access Bank” ASC-nin Gəncə filialının əməkdaşı olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir