Cəmiyyət

Şərikini güllələdi, özünü doğradı, həbsdə öldü

Sharing is caring!

Bakıda daha bir məhbus ölüb. 

Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 

Orada cəza çəkən Raznobarski Yan Tahiroviç dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik məlum deyil. 

Qeyd edək ki, Yan Raznobarski iş adamıdır. O, 2015-ci ildə Bakının Suraxanı qəsəbəsindəki “Dostluq” kafesində şəriki Murad Seyidovu güllələyib. 

Törətdiyi cinayətə görə 15 il müddətinə azadlıqdan məhrum edilən Yan Raznobarski buna etiraz olaraq 2018-ci ildə cəza çəkdiyi müəssisədə özünü doğrayaraq intihara cəhd edib.

Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir