Cəmiyyət

Oqtay Rəcəbov koronavirusdan ölüb?

Sharing is caring!

Dünən vəfat edən bəstəkar Oqtay Rəcəbovun COVID-19 üzrə test nəticələri pozitiv çıxıbmış.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Qurumun mətbuat katibi Zamirə Adilova bildirib ki, bununla bağlı onun ailə üzvləri tərəfindən 14 dekabr tarixində aidiyyəti üzrə müraciət olunub:

“Poliklinika tərəfindən test nümunələri götürülüb və onların nəticəsi pozitiv çıxıb. Bununla əlaqədar olaraq 15 dekabr tarixində ailə tərəfindən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 14:02 saatında müraciət daxil olub. Müraciət anındaca tibbi briqada ünvana gedib və onlar ünvana çatdıqda həkiməqədər ölüm faktı qeydə alınıb”.

Zamirə Adilova qeyd edib ki, ailə daha əvvəl də COVID-19 infeksiyasına yoluxub və bu xəstəlikdən sağalıb. 

Bəstəkarın gəlini Aysel isə bildirib ki, bəstəkarın xanımı və üç qızı da hazırda evdə karantindədir.

Qeyd edək ki, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov ötən gün 81 yaşında vəfat edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir