Cəmiyyət

Emin Əmrullayev: “Bilmirik ki, adam əlindəki kağızı ali məktəbə gedib alıb, yoxsa yox”

Sharing is caring!

“Azərbaycan məktəblərində işləyən müəllimlərdən ən yaşlısı 40 il əvvəl, ən gənci keçən il ali məktəbi bitirib. 1990-cı illərin əvvəllərindəki diplomlara baxsanız, fərqi görərsiniz”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, indi texniki olaraq kiməsə saxta diplom vermək mümkün deyil:

“Amma 1990-cı illərdə bu, mümkün idi. 1990-cı illərin orta ixtisas diplomu kağızdır. Biz o adamı çağırıb soruşuruq ki, bu diplomu sizə kim verib, necə verib. Çünki o vaxt diplomlar FİN-ə bağlı deyildi. Möhürlü diplomlar var ki, biz onların necə alındığını bilmirik. Bizim əlimizdə çoxlu başqa ölkələrdən olan külli miqdarda belə diplomlar var. Bizim 1998-ci ildə bir qanun, 2002-ci ildə bir qanun vardı. Bu nöqteyi-nəzərdən diplomun diplom olmasını sübut etmək üçün bizim əlimizdə kifayət qədər sübut yoxdur. Bilmirik ki, adam əlindəki kağızı ali məktəbə gedib alıb, yoxsa yox”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir