Cəmiyyət

Bərdədə qonşusunu döyməkdə şübhəli bilinən şəxs tutulub

Sharing is caring!

Bərdədə qonşusunu döyməkdə şübhəli bilinən şəxs tutulub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 21-də rayonun Nazırlı kəndində qeydə alınıb.

Bildirilir ki, kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Elgiz Tufan oğlu evinin həyətində qonşusu, 1994-cü il təvəllüdlü Orxan Tofiq oğlu ilə mübahisə edərək ona zərbə vurub, sağlamlığına ağır zərər yetirib.

Dekabrın 14-də faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir