Cəmiyyət

Sabirabaddakı müəssisəyə 490 min manatdan çox güzəştli kredit ayrılıb – Nazir AÇIQLADI + FOTO

Sharing is caring!

Sahibkarlığın İnkişafı Fondu tərəfindən Sabirabadda bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı üçün “Humix” MMC-yə 497 min güzəştli kredit ayrılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində bildirib.

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 2 195 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit ayrılıb. Güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 98,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir