Cəmiyyət

Masallıda iki avtomobil toqquşdu: Ölən və yaralananlar var

Sharing is caring!

Masallıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, dekabrın 13-də saat 18 radələrində Masallı rayonunun Banbaşı kəndi ərazisində rayon sakinləri Yadigar Cəlilovun idarə etdiyi VAZ-21011 markalı və Q.Məmmədlinin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində Y.Cəlilov hadisə yerində ölüb, VAZ-21011 markalı avtomobildə olan sərnişinlər F.Süleymanov, Y.Abuşov və daha iki nəfər yeniyetmə isə müxtəlif bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir