Cəmiyyət

“Haber Global” sülhməramlıların media əməkdaşlarına qarşı özbaşınalığını işıqlandırdı – VİDEO

Sharing is caring!

Rusiya sülhməramlıları m növbəti qalmaqala imza atıblar. Belə ki, onlar ekoloji fəalların aksiyasını işıqlandırmağa çalışan azərbaycanlı jurnalistlərin qarşısını almağa çalışıblar.

Türkiyənin “Haber Global” kanalı bununla bağlı süjet hazırlayıb.

Xatırladaq ki, azərbaycanlı ictimai-siyasi fəalların, QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyalarında Rusiya sülhməramlıları kobud davranışları ilə diqqət çəkirlər. Onlar azərbaycanlı jurnalistlərin peşə fəaliyyətinə maneə yaradır və hadisələrin işıqlandırılmasının qarşısını almağa cəhd edirlər. Sülhməramlılar “Report” İnformasiya Agentliyinə məxsus avtomobilin qarşısını kəsərək maşını əziblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir