Cəmiyyət

Tələbə gənclər ümummilli lider Heydər Əliyevi silsilə tədbirlərlə yad etdilər – FOTO

Sharing is caring!

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 6-12 dekabr tarixlərində “Ulu öndər həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib. 

Həyata keçirilmiş layihələr, ekskursiyalar, yürüşlər, tədbirlər və konfranslar fonunda tələbə gənclər müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevi vəfatının 19-cu ildönümündə dərin ehtiramla yad ediblər.

“On1000” proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universiteti, Azərbaycan Texnologiya Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı kimi təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları tərəfindən dahi şəxsiyyətin anım gününə həsr olunmuş “Tarixi lider” adlı intellektual yarış, regionlarda yerləşən Heydər Əliyev muzeyinə ziyarət, ulu öndərin həyat və fəaliyyətini əks etdirən müxtəlif filmlərin təqdimatı, “Əbədiyaşar” adlı dəyirmi masa, Heydər Əliyevin anım gününə həsr olunmuş şahmat turniri baş tutub.

“Hədəf 10%” proqramı çərçivəsində də ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ayrı-ayrı TGT-lər tərəfindən həftə ərzində müxtəlif layihələr həyata keçirilib. Belə ki, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Musiqi Kolleci, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində ümummilli liderin məzarı ziyarət edilib, Heydər Əliyev mərkəzlərinə ekskursiyalar təşkil olunub, ulu öndərin həyatı haqqında filmlər izlənilib.

“Çətir” proqramı daxilində fəaliyyət göstərən İncəsənət, Vətənpərvərlik, Kitab və İntellektual oyunlar klubları şəbəkələrinin təşkilatçılığı ilə anım gününə həsr olunmuş hüznlü musiqi gecəsi, ulu öndərin həyat və yaradıcılığı ilə bağlı tələbələrin maarifləndirilməsi məqsədilə tarixçi ilə görüş, dahi liderin ildönümünə həsr olunmuş intellektual turnirlər, “Ulu öndər irsi” adlı tələbələrlə görüş və kitab təqdimatı keçirilib. Bundan əlavə, Gəncə şəhərində Heydər Əliyevin anım gününə həsr olunan şahmat turniri öz işini uğurla yekunlaşdırıb.

Təşkil olunan silsilə tədbirlər Azərbaycan gəncliyinin inkişafında misilsiz töhfələri olan əbədi liderin əziz xatirəsinin daim tələbə gənclərin qəlbində yaşadığını, hər zaman ehtiram və sevgi ilə anıldığını bir daha göstərdi. Bu gün müzəffər Ali baş komandan İlham Əliyevin dəmir yumruğu ətrafında sıx birləşən gənclər ulu öndərin miras qoyduğu gənclər siyasətinin yetirmələridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir