Cəmiyyət

Rövşən Rüstəmov ADY əməkdaşlarının əməkhaqlarından danışıb

Sharing is caring!

“Dəmiryol işçilərinin əməkhaqları birbaşa dəmiryol təsərrüfatından əldə edilən gəlirlər hesabına təmin edilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib.

O bildirib ki, dəmir yolundan əldə edilən gəlirlərin əsas hissəsi yükdaşımalardan təmin olunur:

“Hazırda yükdaşımalardan əldə edilən gəlirlərdə ciddi artımlar var. Biz ötən il 15 milyon ton yük daşımışdıqsa, bu ilin 11 ayında 17 milyon ton yük daşınıb. İlin sonuna gözlənti 18,5 milyon ton yükün daşınmasıdır. 

Eyni zamanda tranzit yükdaşımalar – ölkə üzərindən Şərq-Qərb və Şimal-Qərb istiqamətlərində yükdaşımalarda da artım var. Həyata keçirilən bütün tədbirlərin məqsədi ölkənin tranzit potensialının artırılmasıdır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir