Cəmiyyət

Ruslan Əliyev: “Hazırda qaz təchizatı ilə bağlı heç bir problem yoxdur”

Sharing is caring!

“Hazırda qaz təchizatı ilə bağlı heç bir problem yoxdur. Vətəndaşlar daim qazla təmin olunurlar”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O, borc məsələsinə də diqqət çəkərək qeyd edib ki, cari ildə “Azəristiliktəchizat” “Azəriqaz”a borclanmayıb:

“Cari ildə “Azəristiliktəchizat”ın borcu yoxdur. “Azəristiliktəchizat”ın bu il heç bir şikayəti yoxdur. Əvvəlki illərin borclarına isə baxılır. Amma dəqiq rəqəm deyə bilməyəcəyəm, hesablamalar aparılır, müzakirə olunur, dəqiq məlumat yoxdur”.

Qazdan zəhərlənmə hallarından da söz açan Ruslan Əliyev bunun qazın tərkibi ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb:

“Zəhərlənmələr qazın tərkibi ilə bağlı deyil, dəm qazının havaya ötürülməsi ilə əlaqədardır”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir