Cəmiyyət

Qan Turalı: “Sülhməramlılar öz işlərilə məşğul olmaq əvəzinə, oyuncaq rejimin maraqlarına xidmət edirlər”

Sharing is caring!

“Təəssüf ki, biz sülhməramlıların öz fəaliyyətləri ilə məşğul olmaq əvəzinə, oyuncaq rejimin maraqlarına xidmət etdiklərini görürük”.

Bunu “Report”a açıqlamasında Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunun bir hissəsində Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasına qoşulan yazıçı Qan Turalı (Cəfərov) deyib.

10 Noyabr Bəyanatı imzalanan zaman rus sülhməramlılarının mandatının müəyyən olunmadığını deyən yazıçı bildirib ki, onlar bu gün də öz səlahiyyətlərindən süni şəkildə istifadə edirlər.

Onun sözlərinə görə, hazırda burada de-fakto anarxik rejim var və sülhməramlılar həmin rejimin əlaltısına çevriliblər:

“Azərbaycan əraziləri olmasına baxmayaraq, sözügedən ərazilərdə Azərbaycan Respublikasının yurisdiksiyası işləyə bilmir. Bu da rus sülhməramlılarının yarıtmazlığından irəli gəlir. Biz də fəallar olaraq baş verən hadisələrə etiraz edir və hesab edirik ki, sülhməramlıların fəaliyyəti beynəlxalq konvensiyalara uyğun təşkil olunmalı, qeyd edilən bölgədə Azərbaycan dövlətinin və xalqının maraqları təmin olunmalıdır”.

“Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşlarıdır. Biz onlarla dialoqa girib birgəyaşayışın ən uyğun formalarını tapmalıyıq. Fikrimcə, hər iki tərəfdə bununla bağlı istək və əzm var. Ancaq tərəflər arasına girən üçüncü qüvvələr dialoqun yaranmasına imkan vermirlər”, – yazıçı xatırladıb.

Qan Turalı vurğulayıb ki, sülhməramlı kontingentin rəhbəri Andrey Volkovu öz mandatına uyğun şəkildə hərəkət etməyə çağırırlar:

“Sülhməramlılar burada hansısa oyuncaq, separatçı rejimin əsgəri olmamalıdırlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir