Cəmiyyət

Hacıqabulda avtomobil yük maşınına çırpılıb: Ölən və yaralanan var

Sharing is caring!

Hacıqabulda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza sonucunda bir nəfər hadisə yerində ölub. Bir nəfər isə Hacıqabul rayon sakini, 1961-ci il təvəllüdlü Əsgərov Bəxtiyar Əsgər oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ölən şəxs Hacıqabul sakini, 1972-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğludur.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir