Cəmiyyət

Milli parkın ərazisində ağaclar ziyanvericilərdən təmizləndi – FOTO

Sharing is caring!

Samur-Yalama Milli parkının ərazisində ağaclar ziyanvericilərdən təmizlənib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.

Bildirilib ki, sözügedən ərazisindəki ağaclara düşmüş zərərvericilərə qarşı tədbirlərin görülməsi məqsədilə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət qrup tərəfindən ərazidə monitorinq aparılıb.

Xidmət rəisi Firuddin Əliyev qeyd edib ki, monitorinq zamanı ərazidəki palıd, vələs ağaclarında “tək ipəksarıyan” (Lymantria dispar) zərərvericisinin yayıldığı müəyyən edilib:

“3 hektar ərazidəki ağaclar zərərvericilərdən təmizlənib və hazırda bu istiqamətdə işlər davam etdirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir