Cəmiyyət

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolu buz bağlayıb, nəqliyyatın hərəkətində çətinlik yaranıb

Sharing is caring!

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda qismən tıxac yaranıb.

“Report”un məlumatına görə, yağan qar və soyuq hava səbəbindən avtomobil yolunda hərəkət çətinləşib.

Yolların buz bağlaması avtomobillərin hərəkətinə maneə olub.

Hazırda ərazidə olan Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və digər aidiyyatı qurumlar tərəfindən yaranmış problemin həlli üçün işlər aparılır.

DYP sürücülərdən həmin yolda ehtiyatlı olmaları və yol-hərəkət qaydalarına riayət etmələrini xahiş edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir