Cəmiyyət

Sumqayıtda 46 yaşlı kişi qətlə yetirildi

Sharing is caring!

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saat 10 radələrində Sumqayıt şəhəri Bağlar sahəsində 1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən A.Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi, 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

O, saxlanılaraq istintaqa təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir