Cəmiyyət

Fransada yaşayan azərbaycanlı tədqiqatçıların Ağdama səfəri başlayıb – FOTO

Sharing is caring!

Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçıların (İran azərbaycanlılarının insan hüquqları müdafiəçilərinin) Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, tədqiqatçılar ermənilərin Ağdamda törətdikləri vəhşiliklərlə tanış olacaqlar.

Eləcə də qonaqlar şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri və Ağdam rayonu ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri barədə məlumatlandırılacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir